“Bakı şəhər halqası məni valeh etdi” – Ross Brawnbackend

“Bakı şəhər halqası məni valeh etdi” – Ross Brawn

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2017-ci ilin yanvar ayından etibarən bu vəzifəni icra edən Ross Brawn Formula 1-ə köklü yeniliklər gətirəcəyinə söz verdi:

\”Formula 1-in həm idman, həm də biznes cəhətdən inkişafı üçün spesifik, bu istiqamətdə ixtisaslaşmış yeni bir komanda hazırladıq. Məhz bu komanda ilə tamaşaçılar üçün daha baxımlı, iqtisadi cəhətdən daha davamlı bir yarış ərsəyə gətirməyə çalışırıq. Yarışın daha maraqlı, həyəcan dolu olması üçün formatda dəyişiklik edirik. Biz bu yeni komada ilə 2-3 həftədir ki, çalışmağa başlamışıq.

Bununla yanaşı az büdcəli komandalar üçün yarışın xərclərini azaltmağa çalışırıq. Bütün bunların baş verməsi üçün xeyli vaxt lazımdır. Komandaların sayını da 11-12-ə çıxarmaq istəyirik. Bununla pilotların da sayı artacaq.

Hazırda Formula 1 maşınlarının dizaynı aerodinamik texniki xüsusiyyətlər əsasında aparılıb. Biz hazırda çalışırıq ki, yarışda 2 maşının ardı-ardı hərəkəti zamanı elə model formalaşdıraq ki, hava axını onların hərəkətinə mane olmasın və onlar bir-biri ilə rəqabət apara bilsinlər.

2021-də edəcəyimiz əsas dəyişikliklər bolidlərin mühərriklərinin və dizaynının daha da gücləndirilməsidir. Bununla əlaqədar artıq komandalara göstəriş də verilib. Lakin, bu dəyişikliklər tədricən baş verəcək. Bu səbəbdən növbəti il siz ciddi dəyişiklik hiss etməyəcəksiz.

Mən ilk dəfədir ki, Bakıya səfər edirəm. Bakıdakı şəhər halqası ilə birinci dəfədir ki, tanış oluram. Bu halqa və struktur məni valeh etdi. Şəhər özü çox gözəldir. Yarışın burada keçirilməsi də möhtəşəmdir. Buna görə sizə təşəkkür edirəm.\”

"Bakı şəhər halqası məni valeh etdi" - Ross Brawn

"Bakı şəhər halqası məni valeh etdi" - Ross Brawn

"Bakı şəhər halqası məni valeh etdi" - Ross Brawn

İnterpress.az