“Amerikalılar da, ruslar da, digərləri də kürdləri aldadacaqlar”backend

“Amerikalılar da, ruslar da, digərləri də kürdləri aldadacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın hər zaman kürdlərə dəstək verdiyi barədə xəbərlər dolaşır. Xüsusilə Birləşmiş Ştatların Suriya və İraq kürdlərinə böyük yardım etdiyi bildirilir. Bəzi zamanlarda isə ABŞ-ın dəstəyi açıq şəkildə üzə çıxıb. Bu da rəsmi Vaşinqtonla Türkiyə başda olmaqla, digər dövlətlər arasında münasibətlərin bəzi vaxtlarda soyumasına səbəb olub.

Hər şeyə rəğmən, ABŞ kürdlərə dəstəyini əsirgəmir. Hətta sübut olunmasa da, bəzi vaxtlarda ABŞ-ın Türkiyədəki kürdlərə də gizli yollarla yardım etdiyi barədə iddialar səslənib. Dünyanın supergücünün kürdlərə nə üçün dayaq durduğu hər zaman müzakirə olunmaqla yanaşı, suallar da yaradır. Məlumdur ki, kürdlərin quracaqlarını xəyal etdikləri dövlətin ərazisinə Türkiyə daxil, bir sıra ölkələrin ərazilərinin bir hissəsi daxildir. Sanki Birləşmiş Ştatlar bu ölkələri parçalamaq, yaxud onları öz təsir dairəsində saxlamaq üçün “kürd kartı”ndan istifadə edir.

Politoloq Elçin Mirzəbəyli Ağ Evin “kürd sevgisi”nin bir sıra səbəblərinin olduğunu düşünür: “Əvvəla, kürdlərin dövləti yoxdur və təbii ki, dövlət maraqları da yoxdur. Deməli, onların bu və ya digər dövlətin, indiki halda ABŞ-ın dövlət maraqlarında heç bir ön şərt irəli sürmədən, çox məhdud imtiyazlar müqabilində yer alması mümkündür. Amma Türkiyə ilə bağlı məsələ fərqlidir. Türkiyə nəhəng bir imperiyanın varisidir. Dövlət kimi böyük hədəfləri və maraqları var. Bu maraqlar bir çox hallarda Birləşmiş Ştatların hədəfləri ilə üst-üstə düşməyə bilər. Türkiyənin bu və ya digər layihədə yer alması üçün onunla hesablaşmaq lazımdır. Bu baxımdan, da Yaxın Şərq layihəsində kürdlərə daha çox üstünlük verilir.

Onlar daha az şey istəyirlər, istənilən layihədə ön şərt irəli sürmədən iştirak edirlər. Kürd qruplarının dövlət maraqlarını ifadə edən vahid idarəçilik sistemləri olmadığı üçün onları idarə etmək, yönəltmək asandır. Kürdüstanın yaranmasını birmənalı şəkildə Türkiyənin parçalanmasına səbəb ola biləcək amil kimi dəyərləndirmək, zənnimcə, doğru deyil. ABŞ-ın bölgədə güclü və vahid kürd dövləti yaratmaq niyyəti də yoxdur. Əksinə, Vaşinqton çalışacaq ki, bu faktordan həm ərəb dövlətlərinə, həm də Türkiyəyə qarşı hələ uzun illər istifadə edə bilsin. Digər tərəfdən, həm ABŞ, həm də region dövlətləri Türkiyəni güclü görmək istəmirlər. Əgər Türkiyə separatizm və terrorla bağlı bütün problemləri çözərsə, o zaman regionun şəriksiz liderinə, hətta qlobal gücə çevrilə bilər. Amerikalılar da, ruslar da, digərləri də kürdləri aldadacaqlar. Türkiyənin tarixinə diqqət yetirsək, biz Birinci Dünya müharibəsi və İstiqlal savaşı zamanı da oxşar proseslərin baş verdiyinin şahidi ola bilərik”.

“Amerikalılar da, ruslar da, digərləri də kürdləri aldadacaqlar”

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli müsəlman coğrafiyasına problem yaratmaq üçün ABŞ-ın bu cür siyasət yürütdüyünü bildirdi: “Amerika ona görə kürd dövlətinin qurulmasına maraqlıdır ki, müsəlman coğrafiyasına yeni problemlər yaradıb, ”Parçala hökm et\” siyasətini davam etdirsin. İsrail də bunun üçün qurulmuşdu. İndi də eynən Kürdüstan qurmaqla İslam dünyasına yeni problemlər yaratmaq istəyirlər. İslam dünyasında özlərinə ən təhlükəli dövlət saydıqları Türkiyə üçün bu problemi yaratmaqla, Türkiyənin dirçəlməsinə imkan verməmək, Türkiyənin öz problemlərindən başının açılmamasını istəyirlər. Çünki Türkiyə müsəlmanların son xilafəti olan Osmanlının varisidir, Türkiyə ayağa qalxsa, onun ətrafına yenidən bütün müsəlman məmləkətləri yığışa bilər, bu da xristian və yəhudi dünyası üçün ən böyük qorxunc röya olmaqda davam edir. Ona görə Amerikadan da çox Avropa Kürdüstanın qurulmasında maraqlıdır. Kürdüstan qurulsa da, ilk növbədə, İraq və Suriya ərazisində qurulacaq. Belə olduqda isə indiki halda Türkiyə parçalanmayacaq. Çünki Türkiyə elə zəif dövlət deyil ki onu belə asanlıqla parçalaya bilsinlər. Amma gələcəkdə belə bir dövlətin Türkiyənin burnunun dibində olması Türkiyə üçün ciddi problemlər yarada bilər. Amma indinin özündə belə Kürdüstanın qurulması asan məsələ deyil , çünki Türkiyədən əlavə buna qarşı ərəb ölkələri və İran çıxacaq. Ərəb ölkələri öz əraziləri hesabına yeni bir İsrailin qurulmasına heç vaxt razı olmazlar. İran da eynən. Çünki bu yeni dövlət gələcəkdə İranda kürdlər yaşayan ərazilərə iddia edə bilər. Bütün bunları nəzərə alaraq Qərbin bu köhnə-yeni planının baş tutması, məncə, o qədər də inandırıcı görünmür. Və əsas da Türkiyə artıq əvvəlki Türkiyə deyil ki, burnunun dibində nə istəsən edə biləsən\”. (musavat)

İnterpress.az