Daha bir bank şəhid ailəsini məhkəməyə verdibackend

Daha bir bank şəhid ailəsini məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə jurnalist, astroloq Səbuhi Rəhimli sosial şəbəkədə yazıb.

\”Mənim Simuzər Ağakişiyeva adlı bir kurs yoldaşım vardı. 1992-ci ildə çox kişilər tuman altında gizlənəndə o, mərdlik nümunəsi göstərərək könüllü surətdə cəbhəyə yollanmışdı, Abdal-Gülablıda rəşadət göstərmişdi. Dəqiq nişançı idi, bir gülləsi də hədəfdən yayınmırdı. 4 dəfə düşmənlə açıq döyüşdə həlledici rol oynamışdı.

İndi o 4 uşaq anasıdır, müharibə acısı yaşayır, övladının birinin müşkül halını dirçəltmək üçün ömrünü xərcləyir. Üstəlik, şəhid ailəsidir.

Bu gün Simuzər xanım Bank of Baku tərəfindən məhkəməyə verilib. Ödəyib bitirdiyi kreditin bitmədiyini \”əsas” gətirib ona yenidən ödəniş etdirməyə çalışırlar. Hər halda özü and-aman edir ki, bu təhdidlər haqsızdır. Gəlin, laqeyd qalmayaq, onun haqqını tanıyaq. Elə bilirsiniz belə qadınlar bizdə çoxdur?\”.

Qeyd edək ki, bir neçə gün əvvəl də ləğv olunmuş \”Para Bank\”ın əsasında yaradılan kredit təşkilatı aprel şəhidi aprel şəhidimiz Xaliq Əzizzadənin anasını məhkəməyə vermiş və cəmiyyət tərəfindən böyük təpki ilə qarşılanmışdı. Nəhayət Birinci vitse prezident Mehriban xanım Əliyevanın müdaxiləsi ilə şəhid ailəsinin borcu bağışlanmışdı.

Onu da bildirək ki, \”Bank of Baku\” ötən il də aprel şəhidinin ailəsini məhkəməyə vermişdi.

İnterpress.az