CIA, Yeni işgəncə üsulları üçün Alimlərə 81 Milyon Dollar Ödəmişbackend

CIA, Yeni işgəncə üsulları üçün Alimlərə 81 Milyon Dollar Ödəmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Mərkəzi Xəbər Alma Agentliyinin (CIA), keçmiş Başçı Corc W. Buş dövründə işgəncə üsulları hazırlamaq üçün həkim və psixoanalitiklərə, agentliyin sorğulama proqramı çərçivəsində 81 milyon dollar ödədiyi ortaya çıxdı.
Psixoanalitiklər John Bruce Jessen və James Mitchell tərəfindən idarə olunan proqramda, həkimlərin rolu Amerika Vətəndaş Azadlıqlar Birliyinin (ACLU) açdığı iddia ilə gün üzünə çıxmağa başlayıb.

11 Sentyabr hadisələrindən sonra terror şübhəlisi olaraq həbs olunan şəxslərin suyla işgəncə, yuxudan məhrum etmə, qırıq ayaqla ayaqda saxlanılma, divardan asılma kimi bir çox qeyri-insani işgəncə texnikasının CIA tərəfindən sorğu vasitəsi olaraq istifadə edildiyi bilinirdi.

New York Times qəzetinin sızdırdığı bir videoda CIA-in tələbi üzərinə 2002-ci ildə Jessen və Mitchell, Agentlik üçün söz mövzusu işgəncə üsullarını sıraladığı qeyd edildi. Psixoanalitiklər eyni zamanda əsgərlərin işgəncələrə qarşı müqavimət göstərmək üçün təhsilini aldıqları taktikaları də həll edəcək psixoloji işgəncə üsulları qurduqları bildirilir.

Psixoanalitiklər məşhur psixoloq Martin Seligmanın \”öyrənilmiş çarəsizlik\” nəzəriyyəsini də istifadə edərək məhbusların daha itaətli olmalarını təmin etdikləri təsbit edildi. Ortaya çıxan məlumatlara görə, məhbuslar uzun müddət işgəncəyə məruz qoyularaq olduqları həbsxanalarda qaçma və ya işgəncəyə müqavimət göstərmədən istəklərini itirirdilər və beləcə CIA-in əmrlərinə tabe olurdular.
Məlumatlara görə, məsələn həkimlərin ayağı qırıq bir məhbusu 52 saat ayaqda gözlətmə təsdiqi verdiyi qeyd edildi. CIA-in məhbusları danışdırmaq üçün insan anatomiyasının dözmə sərhədlərini məcbur edən taktikaları üçün bir çox həkim və tipik agent işlətdiyi, keçmiş Başçı Corc W. Buş dövründə işgəncə üsulları hazırlamaq üçün həkim və psixoloqlar agentliyin sorğulama proqramı çərçivəsində 81 milyon dollar ödədiyi ortaya çıxdı.

İnterpress.az