Yaşayış binası yandı – Sakinlər təxliyyə edildibackend

Yaşayış binası yandı – Sakinlər təxliyyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin bir otağında 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az