Tənzilə Rüstəmxanlı: “Ermənistanı müdafiə etmələrindən təəccüblənmirəm”backend

Tənzilə Rüstəmxanlı: “Ermənistanı müdafiə etmələrindən təəccüblənmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğrudur, o, Azərbaycan tərəfdən daim öz layiqli cavabını alıb. Amma Azərbaycanın tanınmış qadın simalarının ona cavabı maraq doğurur. Onların bəzilərindən Zaxarova ilə debata hazır olub-olmadıqları, debat olarsa, Zaxarovanı necə susduracaqları ilə bağlı fikirlərini aldıq.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin, nazirinin erməni mövqeyindən çıxış etmələrindən, Ermənistanı müdafiə etmələrindən təəccüblənmirəm. Bu illərdir Rusiyanın dövlət olaraq mövqeyidir. Amma Zaxarovaya verəcəyim sual olar. Axı nə olursa olsun dövlətlərin xarici siyasətində ən azından ədalətli mövqe olur. Azərbaycan Rusiyaya heç bir pislik etməyib, hər hansı bir məsələdə Kremlə qarşı sərt mövqeyi olmayıb. Ermənistan kimi Azərbaycan da Rusiyanın qonşusudur. Ölkəmizdə Rusiyanın çoxsaylı vətəndaşları var, Kreml həm buna, həm də Ermənistanda olan vətəndaşlarının sayına diqqət etsin. Araşdırsalar ovuc boyda rusun Ermənistanda olduğunun şahidi olarlar. Çoxsaylı rus məktəbləri Azərbaycanda var. Başa düşürük, Ermənistan Rusiyanın arxa bağçasıdır, dövlət olsa da Kremlin vilayətidir. Amma Rusiya Amerikanın Orta Doğuda apardığı qanlı siyasətin əleyhinədirsə, o zaman Qafqazdakı siyasətinə baxsın. Rusiya daim ermənilərin yanında olub. Demək ölkəmizə qarşı münasibətdə saxtakar mövqedədir. Bu gün də guya Azərbaycanla yaxşı münasibətdədir. O xanıma deyərdim ki, siz sübut edirsiniz ki, Qarabağın işğalının arxasında Rusiya durur, ona görə ermənilərə arxa çıxırsınız. Haqq kimin tərəfindədirsə, o da qalib gələr. Hər halda Qarabağ, Rusiyanın Ermənistanı müdafiə etməsi, eləcə də, bizim haqlı olduğumuza dair məsələlərdə onu da, onun babasını da susduraram. Təki elə bir şey baş versin”. ( musavat.com )

İnterpress.az