İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edibbackend

İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov Ümummilli Liderlə söhbətlərin çox maraqlı keçdiyini bildirdi. Qonaq Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Humanitar sahədə əməkdaşlığımızın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

İnterpress.az