Türkiyənin axtardığı şəxs Bakıda yaxalandıbackend

Türkiyənin axtardığı şəxs Bakıda yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Lent.az-a istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. Onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.

İnterpress.az