Formula 1: 5 mübahisəli qəzaya kim səbəb olub?backend

Formula 1: 5 mübahisəli qəzaya kim səbəb olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vettel isə deyir ki, toqquşma qəza nəticəsində baş verib və Hamilton onu \”tormozla əngəlləməyə\” çalışıb. Britaniyalı bu ittihamı rədd edir.
Bakıdakı toqquşmadan sonra Hamilton deyib ki, Vetteldən \”belə bir şey bir müddət idi ki gözlənilən idi\”.
2010-cu ilin titulu uğrunda ecazkar 5 zolaqlı trekdə Vettel komanda yoldaşı və çempionluq rəqibi Mark Webber-in Red Bull-unu ötməyə çalışırdı, amma əsas düz yol sektorunda iki maşın bir-birinə ilişdi.
Onlar bu qəzada bir-birlərini günahlandırırdılar. Hələ bordyura – kerbə çırpılmış maşının motorunu söndürmədən Vettel belə bir incik radio mesaj vermişdi: \”Mənim başım çıxmır, biz burda nə edirik? Biz burda dünya çempionluğunu qazanmağa çalışırıq. Bu nə axmaqlıdır. Mən rədd olub gedirəm burdan\”.
Amma tamaşaçıların əksəriyyətində belə bir təəssürat yaranmışdı ki, səhvə maşınını döngədə Webber-in maşınına tərəf döndərən Vettel yol verib. O Bakıda da Hamiltonla toqquşma törədərkən eyni işi görüb.
Lakin bu yarışın sonunda Webber onun komandası strategiyanı qatıb-qarışdırdıqdan sonra uduzmuşdu. Vettel bu yarışı qazanmışdı, halbuki əvvəllər heç vaxt çempion titulunu qazana bilməmişdi. (bbc)

İnterpress.az