“Bakıda Nuru Paşaya abidə qoyulmalıdır”backend

“Bakıda Nuru Paşaya abidə qoyulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Kabaqçı “Ölkə.Az”-a açıqlamasında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Nuru Paşanın da böyük rolu olub:

“Türk millətinə yaraşan əsas məsələ öz tarixinə sadiqlikdir. Türk millətinin belə bir xarakteri var. Türklər heç zaman keçmişini, dostlarını və qardaşlarını unutmazlar. Azərbaycana yaraşan da buna vəfalı olmaq və Nuru Paşanın abidəsini Azərbaycana qazandırmaqdır. Cənab Prezident İlham Əliyevin türk tarixinə vəfalı şəxsiyyət olduğunu və bu istiqamətdə böyük addımlar atmasını yaxşı bilirik. Ona görə də cənab İlham Əliyevə bu cür abidənin təməlini qoymaq və açılışını etmək yaraşır”.

AKP rəsmisi qeyd edib ki, Nuru Paşa Bakını azad etməyə gələn zaman özünü Azərbaycan sakini bilib:

“Nuru Paşa Azərbaycana əcnəbi olaraq gəlməyib. O, Azərbaycanı sevdiyi üçün ora gedib. Ona görə də hesab edirəm ki, Bakıda Nuru Paşanın adını daşıyan heykəl və ya digər abidənin qoyulması yaxşı olardı. Həmin abidənin üzərinə mərhum Heydər Əliyevin söylədiyi “biz iki dövlət, tək millətik” ifadəsini də yazmaq lazımdır. Bu abidə həm də gələn il 100 illik yubileyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti tarixi üçün də gözəl ərməğan olar”.

İnterpress.az