“Pivə içən adam heç zaman əsl molla ola bilməz”backend

“Pivə içən adam heç zaman əsl molla ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qalib Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, pivə içən adam heç zaman əsl molla ola bilməz:

“Açığı, mən o fotoları görməmişəm. İndi dəqiq bilmirəm ki, o adam doğrudan da molladır, ya yox! Dində də spirtli içki içmək qəbul edilmir”.

Dindarların “hacı pivəsi” adlanan içkiləri içməsinin halal-haram olması məsələsinə də toxunan sabiq deputat qeyd edib ki, hazırda bir çox ölkələrdə, o cümlədən Məkkədə satışda “hacı pivəsi” satılır:

“Mən Həcc ziyarətinə gedən zaman Məkkədə “həci pivəsi” görmüşəm. Bilirəm ki, Səudiyyə Ərəbistanında belə bir içki satışda var. Bu cür içkilər də son illər əmələ gəlib. Əvvəllər belə hallar yox idi. Ancaq mən o içkidən istifadə etməmişəm. Ümumiyyətlə, mən 1990-cu ildən bəri heç zaman spirtli içki qəbul etməmişəm. Bundan sonra da istifadə etməyəcəm. Çünki mən 2 dəfə Kəbə Evinin içərisində olmuşam”.

Xatırladaq ki, Bakıda pivəxanaların birində oturub pivə içən mollanın fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

"Pivə içən adam heç zaman əsl molla ola bilməz"

İnterpress.az