Kişi azyaşlı uşaqları zorladı- Qumarda uduzduqlarına görəbackend

Kişi azyaşlı uşaqları zorladı- Qumarda uduzduqlarına görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sözü gedən kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə sahibkarlardan birinin təsərrüfatında baş verib:

“ Ənvər Məmmədxanlı kəndi ilə bizim kəndin kəsişdiyi yerdə sahibkarlardab birinin təsərrüfatı var. Bir ildən artıqdır ki, Allahqulu Məmmədov orada işləyir. Hazırda onu həbs edib aparıblar, hüquq mühafizə orqanları məsələni araşdırır. Yəqin ki, bu uşaqları yoldan çıxırıb. Allahqulu Məmmədov narahat adam idi. Əvvəllər də hiss olunurdu ki, psixoloji vəziyyəti yerində deyil. Hər şeyi əsəblə qarşılayırdı. Ailəsi, uşaqları var, bir yerdə yaşayırlar. Bütün kənd şok içərisindədir.”

Sakinlər Allahqulu Məmmədovun bu hərəkətini hamılıqla pisləyir: “Kənddə deyirlər ki, sənin bircə yolun var- o da ipi asıb, özünü öldürmək. Əhali deyir ki, bütün hallarda o, kəndi tərk etməlidir.”

İnterpress.az