Azərbaycanda “narkobaron” ailə saxlanıldı – Meşədə narkotik əkirmişlərbackend

Azərbaycanda “narkobaron” ailə saxlanıldı – Meşədə narkotik əkirmişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az – ın məlumatına görə, Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev,atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq ediblər. Ötən gün isə Elvin atası ilə yanaşı bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib. Narkotik bitkilərinə qulluq edərkən isə, polis əməkdaşları onları saxlayıblar.

Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. (report)

İnterpress.az