Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub- VİDEObackend

Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az