Azərbaycanlı idmançıə rinqə “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxacaqbackend

Azərbaycanlı idmançıə rinqə “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq.

Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək.

Təntənəli yarış 01 iyul 2017-ci il saat 19:00-da “WOW Hotel İstanbul”-da keçiriləcək.

Xatırladaq ki, döyüş TV8+ kanalında, Türkiyə vaxtı ilə saat 19:30-da canlı yayımlanacaq. İstanbulda yaşayan həmyerlilərimiz gecəyə qatıla bilərlər.

İnterpress.az