“Zirə” Avropa Liqasının debüt oyununda qələbə qazandı – VİDEObackend

“Zirə” Avropa Liqasının debüt oyununda qələbə qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizi turnirdə təmsil edən “Zirə” də ilk oyununa çıxıb.

Ayxan Abbasovun komandası Bakıda Lüksenburqun “Differdanj” klubunu qəbul edib. Bu, paytaxt təmsilçisi üçün tarixi bir oyun olub. Çünki komanda avrokuboklarda debüt edib və 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə çıxmaq üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Zirə” ötən mövsüm də Avroliqaya vəsiqə qazanmışdı. Ancaq klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən çempionatın gümüş mükafatçısı Avroliqaya buraxılmamışdı.

“Differdanj” isə “Zirə”dən fərqli olaraq ardıcıl bir neçə ildir ki, Avropa Liqasında mübarizə aparır.

İnterpress.az