Bakı-Sumqayıt qatarı qızı vurdu – Qulaqcıqla mahnıya qulaq asırmışbackend

Bakı-Sumqayıt qatarı qızı vurdu – Qulaqcıqla mahnıya qulaq asırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AzNews.az-a Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya doğru hərəkət edən iki mərtəbəli elektrik qatarı gənc qıza yüngülcə toxunub:

“Maşinist dəfələrlə xəbərdaredici siqnallar versə də, qız, qulaqcıqla mahnıya qulaq asdığı üçün eşitməyib. Nəticədə isə qatar ona toxunub və qız yüngül xəsarətlər alıb. O, dərhal təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır”.

İnterpress.az