10 yaşlı uşağın intihar təfərrüatlarıbackend

10 yaşlı uşağın intihar təfərrüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Alpı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Vaqif Quliyev özünü möhkəm, nazik iplə asıb:

“Ağacda yelləncək olmayıb. Vaqif ipin bir ucunu keçirdib boğazına, bir ucunu da ağaca bağlayıb. Sonra özünü ağacdan atıb. Hadisə dünən günorta saatlarıda baş verib. Ailənin bütün üzvləri evdə olub, amma yatıblarmış. Vaqifin özündən böyük bacısı var, atası isə Rusiyada işləyir.”

Kənd sakini qeyd edib ki, Aqşin Quliyev oğlunun intihar etməsini bilmir:

“Ona deyiblər ki, durma gəl, atan ölüb. Aqşin elə bilir ki, ölən onun atasıdır. Daha yazıq hardan bilsin ki, ölən onun balasıdır. Aqşin Quliyev bu gün saat 3-də Bakıda olacaq, ordan da kəndə gələcək. Biz də oturub onu gözləyirik. O, gəlməsə uşağı dəfn edə bilmərik.”

Uçar rayonunda intihar hadisəsi baş verib. Rayonun Alpı kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.

İnterpress.az