Bakıda dənizdə batanlardan birinin meyiti tapıldıbackend

Bakıda dənizdə batanlardan birinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, bu gün Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilmişdir.

Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

İnterpress.az