Bakıda AİLƏ FACİƏSİ: 3 uşağı küçəyə atdılar — VİDEObackend

Bakıda AİLƏ FACİƏSİ: 3 uşağı küçəyə atdılar — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.

Uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub.

Sığınacaqdan uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar.

Nigah haqqında şəhadətnamədəki tarixə əsasən azyaşlıların valideynləri 2 ildir boşanıb. Lakin notarial qaydada ananın 2 qızını nənələrinə etbar etməsi sənədindəki tarixdə ötən ay göstərilib. Deməli ana bir və ya bir neçə həftə əvvəl qaçıb. Bəs nənə uşaqları neçə gün saxlayıb? Məsələ ilə bağlı açıq qalan suallar çoxdur. Cəmiyyəti düşündürən isə sadəcə atılan 2 qız və 1 oğlan uşağının gələcək taleyidir. ( xezerxeber )


İnterpress.az