“Azərbaycan Nuru Paşaya abidə ucaltmaqla türk dünyasını sevindirəcək”backend

“Azərbaycan Nuru Paşaya abidə ucaltmaqla türk dünyasını sevindirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az” açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili, Aviasiya Universitetinin rektoru Kürşat Atılgan bildirib.

K.Atılgan deyib ki, hər bir millət öz qəhrəmanları ilə yaşayır:

“Bildiyim qədər, Nuru Paşanın mübarizəsi 1932-ci ilədək davam edib. Bundan sonra isə məcbur olub Türkiyəyə qayıdıblar. Bu insanlar Azərbaycanın müstəqilliyi uğrunda 15-20 il mübarizə aparıblar. Bu gün Nuru Paşanın abidəsinin qoyulması yeni nəsil üçün bir vəzifədir. Nuru Paşa Azərbaycanın tarixi qəhrəmanlarından biri olduğu üçün Bakıda onun abidəsinin ucaldılması Türkiyə olaraq bizi də çox sevindirər”.

Türk general yaxın zamanlarda Azərbaycanda Nuru Paşaya layiqli abidə ucaldılacağına inandığını söyləyib:

“İnanıram ki, Azərbaycan dövləti Nuru Paşaya layiqli abidə ucaltmaqla bütün türk dünyasını sevindirəcək. Nuru Paşaya Bakıda heykəl ucaldılması bütün türk dünyasını sevindirəcək hadisə olar”.

Xatırladaq ki, bir çox tanınmış ictimi fəallar və siyasətçilər 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi üçün mübarizə aparan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya (Killigil) Azərbaycanda layiqli abidə və heykəl qoyulmasını təklif ediblər.

İnterpress.az