“Ermənistanın bu addımı vandalizm aktıdır”backend

“Ermənistanın bu addımı vandalizm aktıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, V.Ələsgərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Ermənistanın bu addımı vəhşilik və vandalizm aktıdır:

“Ermənilərin günahsız və dinc insanlara qarşı terrorçuluq hərəkətləri birinci hal deyil. Biz buna yaxın tarixdə Xocalıda və digər ərazilərimizdə şahid olmuşuq. Ötən ilin aprel döyüşləri zamanı da erməni silahlıları Azərbaycanın mülkü əhalisinə qarşı iriçaplı silahlardan atəş açmışdı. Bundan dərhal sonra Azərbaycan ordusu düşməni darmadağın edib yerində oturdu və ərazilərimizin bir hissəsi işğaldan azad olundu. Ötən gün baş verən hadisə də işğalçı Ermənistanın bir daha terrorçu mahiyyətini ortaya qoyur”.

V.Ələsgərov vurğulayıb ki, azərbaycanlılara qarşı törədilən bu cür vəhşiliklərin başında cinayətkar Ermənistan rəhbərliyi dayanır və bütün məsuliyyəti də onlar daşıyır:

“Eyni zamanda Ermənistan rəhbərliyi bütün dünyanın gözü qarşısında və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq terrorçuluq əməlləri törədir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana qarşı ciddi və sərt addımlar atmalıdırlar”.

Vitse-spiker qeyd edib ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək:

“Bunun üçün Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanı var. Bu gün Azərbaycan ordusu düşməni işğal altında olan torpaqlarımızdan qovmaq üçün Ali Baş Komandanın bir əmrini gözləyir. Əgər işğalçı Ermənistan sülh danışıqlarını pozmaqda davam edəcəksə, bizim ayrı çıxış yolumuz qalmayacaq və öz torpaqlarımızı güc yolu ilə düşmən tapdağından azad edəcəyik”.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

İnterpress.az