İsrail səfiri iki yaşlı Zəhranın öldürülməsinə görə dəhşətə gəldibackend

İsrail səfiri iki yaşlı Zəhranın öldürülməsinə görə dəhşətə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir.

\”Səfir Stav Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığını çatdırır və yaralılara tezliklə sağalmağı arzu edir\”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb. ( apa )

İnterpress.az