Elmar Məmmədyarov Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışdıbackend

Elmar Məmmədyarov Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, – deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.

İnterpress.az