Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə səfər ediblərbackend

Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə səfər ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, səfərdə TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA \”Novosti”, \”Amerikanın Səsi\”, “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri iştirak edir.

Habelə, 12 dövlətin 15 hərbi attaşesi də Alxanlıya səfər edib.

Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları iştirak edirlər.

Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaq, əraziyə baxış keçiriləcəklər.

Onlara baş vermiş hadisə barəsində yerində ətraflı məlumat veriləcək.

Onlar yaralı Quliyeva Sərvinaza da baş çəkəcəklər.

İnterpress.az