“Ordumuz düşmənin cavabını verəcək” — Azərbaycanlı generalbackend

“Ordumuz düşmənin cavabını verəcək” — Azərbaycanlı general

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev baş vermiş hadisə ilə bağlı \”Ölkə.Az\”-a danışıb:

\”Füzuli rayonunun Alxanlı kəndi təmas xəttindədir. 2004-cü ildə Alxanınlının qarşısında kiçik kənd var idi, biz oranı düşməndən azad etmişdik. Alxanlı həmin o balaca kəndin arxasındadır\”.

Kəndin nə qədər təhlükədə olmasına gəldikdə isə general-mayor bildirdi ki, o kəndlər demək olar ermənilərin nəzarəti altındadır:

\”Alxanlı təmas xəttinə yaxın yerdir, təhlükəli bir ərazidə yerləşir. Ancaq camaat qorxmur, orada yaşayır. İnsanlar neçə illərdir ki, orada yaşayırlar, əkirlər, biçirlər, dolanırlar.

Əslində, orada bir problem olmamalı idi. Ermənilər o bölgədə təxribat ediblər. Ordumuz düşmənin cavabını verəcək\”.

"Ordumuz düşmənin cavabını verəcək" — Azərbaycanlı general

İnterpress.az