Beynəlxalq QHT-lər nə səbəbə susurlar?backend

Beynəlxalq QHT-lər nə səbəbə susurlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz Məmmədov hadisə ilə bağlı beynəlxalq QHT-ləri susmaqda ittiham edib.

“İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar. Qəribədir deyilmi?

Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma, əfsuslar”.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

İnterpress.az