Azərbaycanın təqdim etdiyi qətnamə layihəsi ATƏT PA-nın gündəliyinə salınıbbackend

Azərbaycanın təqdim etdiyi qətnamə layihəsi ATƏT PA-nın gündəliyinə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllik sessiyanın əsas devizi “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi”dir.

Öncə Daimi Komitənin iclası keçirilib və sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə çıxarılıb. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.

Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi gündəliyə salınan 7-ci qətnamə layihəsi olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə, ATƏT regionunda demokratik inkişafa töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.

İnterpress.az