Mariya Zaxarova Zəhranın ailəsinə başsağlığı verdi — VİDEObackend

Mariya Zaxarova Zəhranın ailəsinə başsağlığı verdi — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı diplomat 4 iyul tarixində Azərbaycanın Fizuli rayonunda baş verən insidentlə bağlı məlumat verib. Zaxarova eyni zamanda 2 yaşlı Zəhranın ailəsinə başsağlığı verib.

Mariya Zaxarova deyib: \”4 iyul tarixində qoşunların təmas xəttində növbəti dəfə atəşkəs razılığı pozulub. Bunun nəticəsində isə qurbanlar, o cümlədən dinc sakinlər və azyaşlı uşaq həlak olub. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk. Bu aktı yolverilməz hesab edirik və tərəfləri vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. BMT-nin Minsk qrupu həmsədrlərinin zorakılığın dərhal dayandırılması və danışıqların bərpa edilməsi barədə bəyanatını dəstəkləyirik\”.

İnterpress.az