Əcnəbi jurnalistlər Alıxanlıdabackend

Əcnəbi jurnalistlər Alıxanlıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra erməni təxribatı nəticəsində həlak olmuş Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.

Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

Səfərdə \”TRT”, \”İhlas Haber Ajansı”, \”MİR” Televiziyası, \”Associated Press”, \”RİA Novosti”, Amerikanın Səsi, \”İnterfax”, \”BBC” və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

İnterpress.az