Lapşinin anası məhkəməyə gəlməkdən imtina etdibackend

Lapşinin anası məhkəməyə gəlməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib.

Məhkəmədə A. Lapşinin vəkili məqalələri araşdıran ekspert Almaz Bayramovanın məhkəməyə çağırılaraq, əlavə şahid qismində dindirilməsini istəyib. O, bunun səbəbini ekspertin rəyinin mənbəyinin aydın olmaması ilə əlaqələndirib.

Məhkəmə vəsatəti təmin edib.

Proses iyulun 11-də davam edəcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

İnterpress.az