“Biz mövqeyimizi daha sərt şəkildə ifadə etməliyik”backend

“Biz mövqeyimizi daha sərt şəkildə ifadə etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev söyləyib.

Millət vəkili bildirib ki, öz məğlubiyyətini, acizliyini həzm edə bilməyən erməni yaraqlıları birinci dəfə deyil mülkü əhaliyə atəş açır:

“Bu halların mütəmadi xarakter daşımasına, açıq şəkildə təxribat törətmələrinə baxmayaraq beynəlxalq təşkilatlar, ermənilərin himayədarları hələ də susur. Niyə? Səbəb nədir? İşğalçını yerində otuzdurmaq məqamı çatmadımı hələ?! İllərdir öz yurd yuvalarından didərgin salınan insanların ah nələsini duymurmu bu ikiüzlü təşkilatlar. Bir halda ki, qorxaq Ermənistan danışıqlardan boyun qaçıraraq onun bunun kölgəsində gizlənir, o zaman biz daha sərt şəkildə mövqeyimizi ifadə etməliyik. Hesab edirəm ki, Azərbaycanın Şanlı Ordusu cinayətkarlarla elə onların anlayacaqları dildə danışmalı, körpə balalarımızın qanını yerdə qoymamalıdır. İnanıram ki, bu belə də olacaq və Ermənistan gec-tez öz cəzasını alacaq”.

İnterpress.az