Putinlə Tramp arasında görüş 2 saatdan artıq davam edib – VİDEObackend

Putinlə Tramp arasında görüş 2 saatdan artıq davam edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentlər arasında 2 saat 20 dəqiqə davam edən görüş başa çatıb.

İlk söhbətə başlayab Tramp Rusiya lideri ilə görüşdən və cari məsələləri müzakirə etməkdən məmnunluq duyduğunu ifadə edib. Öz növbəsində Putin, daha əvvəlz yalnız telefonla ünsiyyət yaratdığı Trampla görüşdən şad olduğunu bildirib. Onun sözlərinə görə, ikitərəfli və beynəlxalq gündəliyin ən əhəmiyyətli və kəskin məsələlərini telefonda müzakirə etmək kifayət etmir. Bunun üçün, mütləq görüşmək lazımdır.


***

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Peskov, \”Liderlər əl sıxdılar və ən yaxın zamanda bir araya gəlməyə, ayrı bir görüş etmə mövzusunda qərar verdilər\”-dedi.

Peskov, reallaşdırılacaq görüş mövzusunda, Putinin, Donald Trumpın Polşadakı şərhləri və digər ABŞ rəhbərliyi nümayəndələrinin bütün şərhlərini bildiyini ifadə edərək, \”keçiriləcək ikitərəfli görüş hazırlıqları daxilində Rusiya Dövlət başçısına bütün bunlar izah edildi, Putin bu məlumatları nəzərə aldı\”- dedi.
Qeyd edək ki, Donald Trump öz Twitter hesabında Vladimir Putin ilə görüşməsini dörd gözlə gözlədiyini yazmışdı.

İnterpress.az