Bakıda polis 2 qadının həyatını xilas edibbackend

Bakıda polis 2 qadının həyatını xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, binanın bloklarından birinin 5-ci mərtəbəsindəki 4 mənzili alov bürüyüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülüb. Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib.

Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.

Ə. Dərxot Dərhal Təcili Tibbi Yardım maşını ilə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Ə. Dərxotun həyatı üçün təhlükə yoxdur.

Bakıda polis 2 qadının həyatını xilas edib

İnterpress.az