Tovuzlu gənclər hərbi xidmətə yola düşüblərbackend

Tovuzlu gənclər hərbi xidmətə yola düşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi xidmətə yola düşən gənclər və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.

Sonra mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyə və tapşırıqlarını verib. Qeyd olunub ki, Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan bir qüvvəyə çevrilib.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan ordusu hər an torpaqlarımızı yağı düşmən tapdağından azad etməyə hazırdır.

Mərasimdə çıxış edən valideynlər hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb, Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə ediblər.

Çağırışçı gənclər öz növbələrində hərbi sirlərə mükəmməl yiyələnəcəklərini və torpaqlarımızın işğaldan azad olunmasına hər an hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda çağırışçılar Azərbaycan bayrağının və müqəddəs “Quranı-Kərim”in altından keçərək hərbi hissələrə yola düşüblər.

İnterpress.az