“Trump axmaq deyil” – Peskovbackend

“Trump axmaq deyil” – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rossiya 1 televiziyasına danışan Peskov \”Bütün bunlar axmaqlıq. Bir daha söyləyirəm, görüşdə yalnız 2 adam vardı. New York Times hardan bilir neçə dəqiqə mübahisə olduğunu? Rusofobiya dalğasının sakitləşməsinin qarşısını almaq üçün nağılbazlar əlindən gələn hər şeyi edirlər\” dedi.

Putinin görüşməylə əlaqədar təəssüratlarını bildirən Peskov \”Putinin görüşdən qətiliklə məmnun qaldığını söyləyə bilərəm. Trumpı şəxsən tanımasam da, görüşdən onun da məmnun qaldığını bilirəm\”-dedi.

Peskov, Trumpın naşı və qabiliyyətsiz olduğu iddialarınada da belə şərh verdi: \”Görüşdə mən şəxsən yox idim, amma Putinin təəssüratlarını anladığım üçün Trump da axmaq deyil. Mütəxəssis məlumatına sahib, qərarlı bir müsahib və qarşı tərəfə mövqeyini köçürmək üçün məlumatlarını istifadə etmə mövzusunda bacarıqlı biri . Onun qabiliyyətsiz və ya naşı olduğu ittihamları da yersizdir\” – Peskov bildirdi.

İnterpress.az