Azərbaycana narkotik gətirmək istəyən əfqanıstanlı saxlanıldıbackend

Azərbaycana narkotik gətirmək istəyən əfqanıstanlı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin \”Qoşa Təpə\” gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az