Ayda güclü partlayış baş veribbackend

Ayda güclü partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kosmik Agentliyinin əməkdaşları Aya böyük meteoritin düşdüyünü öyrəniblər.

NASA-nın verdiyi xəbərə əsasən, kosmik toqquşma nəticəsində güclü partlayış baş verib. Agentlik iddia edir ki, istənilən şəxs bu hadisənin şahidinə çevrilə bilərdi. Bunun üçün isə sadəcə lazımi anda Yerin peykini müşahidə etmək lazım idi. Partlayışı hətta xüsusi avadanlıq olmadan da görmək mümkün olub.

Mütəxəssislərin ilkin hesablamalarına əsasən, meteoritin sürəti toqquşma anına qədər 90 min km/saat təşkil edib. Meteoritin çəkisi isə 40 kiloqram olub.

İnterpress.az