Yaponiyanın seks köləliyinə məcbur etdiyi qadınların illər sonra ilk görüntüləribackend

Yaponiyanın seks köləliyinə məcbur etdiyi qadınların illər sonra ilk görüntüləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Çində ABŞ əsgərləri tərəfindən çəkilən film Seul Milli Universiteti araşdırmaçıları tərəfindən ABŞ arxivlərindən tapılıb. 18 saniyəlik filmdə sıraya düzülmüş bir neçə qadının Çinli bir əsgərlə danışdığı görünür.

O dövr seks köləsi olaraq istifadə edilən qadınların Koreya, Çin, İndoneziya, Filippin və Tayvandan gətirildiyi güman edilir.

Cənubi Koreyalı araşdırmaçılar filmin daha əvvəl Yaponiyanın işğal etdiyi Çinin Yunnan bölgəsində çəkildiyini açıqlayıb.

Araşdırmaçılar 1944-ci ildə azadlığına qovuşan 7 Koreyalı qadın və onlarla danışan əsgərin Çin-ABŞ ortaq qüvvələrində Çinli bir əsgər olduğunun təsbit edildiyini söylədi.

Bu, Cənubi Koreya və Yaponiya arasında Tokio kifayət qədər üzr istəmədiyi və təzminat ödəmədiyi səbəbiylə gərginlik yaradan bir mövzu olaraq qalır. 2015-ci ildə iki ölkə Tokionun rəsmi olaraq üzr istədiyi və 8 milyon 300 min dollar təzminat ödəməyi qəbul etdiyi bir razılığa gəlib çıxmışdı.

Qeyd edək ki, Cənubi Koreyanın Busan şəhərindəki Yaponiya Konsulluğu qarşısında seks köləsi heykəlinin yerləşdirilməsindən sonra, Yaponiya Cənubi Koreyadakı səfirini müvəqqəti olaraq geri çağırmışdı. Bənzər bir heykəl Yaponiyanın Seuldaki nümayəndəliyinin önünə də qoyulmuşdu. Məlumata görə, Tokio rəhbərliyi iki heykəlin də qaldırılmasını tələb edir.

Yaponiyanın seks köləliyinə məcbur etdiyi qadınların illər sonra ilk görüntüləri

İnterpress.az