Elmar Məmmədyarovun ailəsində ağır itkibackend

Elmar Məmmədyarovun ailəsində ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az modern.az-a istinadən xəbər verir ki, nazirin qayınatası Bünyad Sərdarov bu gün vəfat edib. Mərhumun elə bu gün də dəfn olunduğu bildirilir. B.Sərdarov uzun müddət elm sahəsinə çalışıb. 1944-cü il təvəllüdlü B.Sərdarov uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışıb. 1981-ci ildə 36 yaşında bu ali təhsil ocağına rektor təyin edilib.

Bünyad Sərdarov məşhur inqilabçı Bünyad Sərdarovun nəvəsidir.

E.Məmmədyarov hazırda Türkiyədə rəsmi səfərdə olduğundan dəfn mərasimində iştirak edə bilməyib.

Allah rəhmət eləsin.

İnterpress.az