“Görüşün baş tutacağı artıq yaxşı haldır”backend

“Görüşün baş tutacağı artıq yaxşı haldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni nazir bu barədə Rusiya KİV-inə müsahibəsində məlumat verib.

Jurnalistin Elmar Məmmədyarovla görüşdən nə gözlədiyi barədə sualına Nalbandyan belə cavab verib: \”Yəqin ki, görüşdən sonra bu barədə danışmaq olar. Amma görüşün baş tutacağı artıq yaxşı haldır. Sonra nələr edəcəyimizi düşünəcəyik\”.

Nalbandyan qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədri kimi ABŞ və Fransa ilə birlikdə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün təşəbbüskarıdır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu gün Brüssel şəhərində axşam saatlarında keçiriləcək.

İnterpress.az