Qəhvə ömrə ömür qatırbackend

Qəhvə ömrə ömür qatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İmperial College London və Beynəlxalq Xərçəng Araşdırma Agentliyindən (IARC) alimlər 16.5 il ərzində 10 Avropa ölkəsində yarım milyondan çox adamın sağlamlıq vəziyyətləri və qəhvə istehlaklarını araşdırdı. Araşdırma, gündə ən az üç fincan qəhvə içən kişilərin, hər hansı bir xəstəlikdən həyatını itirmə ehtimalının qəhvə içməyənlərə nisbətlə yüzdə 18 daha aşağı olduğunu ortaya qoydu. Qadınlarda isə bu nisbət yüzdə 8. ABŞ-da 180 mindən çox adamın qatıldığı ikinci araşdırmada isə gündə bir fincan qəhvə içənlərin, heç qəhvə içməyənlərə görə ölüm riskinin yüzdə 12 az olduğu görüldü.

Qəhvə ömrə ömür qatır

Qəhvə ömrə ömür qatır

İnterpress.az