Milli parkdan dörd aslan qaçdı! Səlahiyyətlilər xəbərdar edirbackend

Milli parkdan dörd aslan qaçdı! Səlahiyyətlilər xəbərdar edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrika Milli Parklar təşkilatın, aslanlar Kruger Milli Parkından bazar gecəsi qaçıblar və ən son olaraq izləri Matsulu kəndində aşkarlanıb.
Ölkənin şimal-şərqində yerləşən kənd əhalisinə \”çox diqqətli olmaları\” mövzusunda xəbərdar edilib.
BBC Türkcədə yer alan xəbərə görə; tellərlə əhatə olunan parkdan aslanların necə qaçdığı müəmmalı olaraq qalır.
Afrika qitəsindəki ən böyük milli parklardan biri olan Kruger Milli Parkı, 19 min 485 kvadrat kilometrlik bir sahəni örtür.
Eyni parkdan may ayında beş aslan daha qaçmışdı. Məlumata görə, aslanların dördü tapılıb, biri isə hələ axtarışdadır.

İnterpress.az