MEK Təqdimat keçirdibackend

MEK Təqdimat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova yanvar-iyun ayları ərzində kitabxanaya daxil olmuş sənədləri əks etdirən slaydı təqdim edib. A.Səfərova daxil olmuş sənədlər barəsində ümumi məlumat verərərək görülmüş işlərdən danışıb. O, yanvar-iyun ayları ərzində kitabxanaya pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal, hədiyyə olaraq 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs, beynəlxalq kitab mübadiləsi çərçivəsində isə 388 ədəd sənəd daxil olduğunu açıqlayıb. A.Səfərova sənədlərin təqdim olunma qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi, sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi, sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmini izah edib.
MEK-in Fondların fondlaşdırılması bölməsinin əməkdaşları Aysel İbrahimli, Xədicə Ağayeva, Qönçə Cəlilova, Sevil Əliyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, iyun ayı ərzində MEK-ə pulsuz məcburi nüsxə kimi 129 ədəd kitab, 56 ədəd jurnal, 13 disertasiya, 73 avtoreferat, 26 elektron resurs daxil olub. Daxil olan kitabların arasından “Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990-2005-ci illər”, “Haqq-nahaqq seçilər Haqq divanında”, “Qaçaq Gülsüm və Stalin” kitablarının, o cümlədən xalq rəssamı Rasim Babayevin və professor Şirməmməd Hüseynovun kitablarının qısa məzmunları çatdırılıb. Çıxışlarda bildirilib ki, MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində iyun ayı ərzində kitabxanaya Yaponiya, Belarus, Ukrayna, ABŞ, Almaniya, Çexiya, Çin, Türkiyə, Rumıniya, Rusiya, Böyük Britaniya, Şotlandiya, Polşa, Fransa, Macarıstan, Norveç və s. ölkələrdən müxtəlif elmi sənədlər daxil olub. O cümlədən ölkə xaricinə də AMEA-nın nəşrləri, Azərbaycan alimlərinin əsərləri göndərilib.
Əməkdar jurnalist, AzTV-nin əməkdaşı Faiq Hüsiyev MEK-in iş mühiti ilə yaxından tanış olduğunu bildirərək görülən işləri yüksək qiymətləndirib. O, kitaba məhəbbətin artmasını arzu edərək təqdimatda haqqında danışılan “Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990-2005-ci illər” monoqrafiyasından söz açıb. Xalq rəssamı Rasim Babayevin bacısı, professor Aida Feyzullayeva qardaşı haqqında xatirələrini bölüşüb. Rəssamın yaradıcılıq potensialını bütünlüklə vətəninin, millətinin dəyərlərinin yüksəlişinə həsr etdiyini vurğalayıb. Xalq şairi Qabilin əsərlərinin tərtibçisi, şairin oğlu, yazıçı-publisist Mahir Qabiloğlu kitabxana işçilərini “fədakar sənət sahibləri” adlandırıb. M.Qabiloğlu MEK rəhbərliyinin sadə, peşəkar və operativ idarəetmə tərzini vurğulayaraq bir sıra təkliflərini səsləndirib. Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, “Haqq-nahaqq seçilər Haqq divanında” kitabının müəllifi, yazıçı Nazir Əhmədli İran, Osmanlı, Rusiya arxivlərindən əldə edilən yeni sənədlərə əsasən ərsəyə gələn kitabın özəlliyindən, şairlərin, aşıqların indiyə qədər səhvsəsləndirib. “Qaçaq Gülsüm və Stalin” kitabının müəllifi, araşdırmaçı-yazar Vilayəddin İbrahimoğlu arxiv sənədləri, real tarixi hadisələr əsasında yazılmış əsərin baş qəhrəmanı Qaçaq Gülsümün Azərbaycan qadınının qəhrəmanlıq simvolu olduğunu vurğulayıb. Müəllif belə tədbirlərin vacibliyini qeyd edərək, maraqlı təqdimata, göstərilən diqqətə və dəstəyə görə kitabxana rəhbərliyinə minnətdarlığını ifadə edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilk olaraq gənclər arasında kitaba, mütaliəyə həvəsin olmaması haqqında səslənən fikirlərə münasibət bildirərək təkliflərini çatdırıb: “Bu gün bizim həyatımıza daxil olan kompyüterlər, müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır. Gənclər kitabları daha çox elektron versiyada oxuyurlar. İndiki gənclər başqa sürətlə düşünürlər. Yaxşı olardı ki, bunu nəzərə alaraq hörmətli yazıçılarımız, alimlərimiz qalın kitabları yazanda yığcam bir nəticə, audio şərh ilə də təmin etsinlər ki, gənclər kitab haqqında daha tez, daha canlı informasiya əldə edərək kitabın özünə daxil olmağa, oradakı faktları araşdırmağa can atsınlar. Fikir verdinizsə, kitabxanaya daxil olan nəşrlərin statistikasında birinci yerdə pulsuz – yəni hədiyyə olunan kitablar və məcburi nüsxələr durur. Kitabxana komandası bu mexanizmi elə peşəkar səviyyədə qurub ki, kitabların alınmasına çox vəsait sərf etmədən onların sayını artırırıq. Əvəzində elektron resurslara abunə oluruq, sifarişlər əsasında seçilmiş kitabları alıb gətiririk. Kitabxanaya müxtəlif sahələrdən ədəbiyyat daxil olmasına baxmayaraq əməkdaşlarımız bu okeanın içində o məlumatları peşakarcasına seçib geniş auditoriyaya təqdim edirlər. Biz böyük fəxrlə getmiş doğum tarixlərinin dəqiqləşdirilməsindən bəhs edib. O, kitabxanada görülən işlərlə bağlı bir sıra təkliflər də səsləndirib. “Qaçaq Gülsüm və Stalin” kitabının müəllifi, araşdırmaçı-yazar Vilayəddin İbrahimoğlu arxiv sənədləri, real tarixi hadisələr əsasında yazılmış əsərin baş qəhrəmanı Qaçaq Gülsümün Azərbaycan qadınının qəhrəmanlıq simvolu olduğunu vurğulayıb. Müəllif belə tədbirlərin vacibliyini qeyd edərək, maraqlı təqdimata, göstərilən diqqətə və dəstəyə görə kitabxana rəhbərliyinə minnətdarlığını ifadə edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilk olaraq gənclər arasında kitaba, mütaliəyə həvəsin olmaması haqqında səslənən fikirlərə münasibət bildirərək təkliflərini çatdırıb: “Bu gün bizim həyatımıza daxil olan kompyüterlər, müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır. Gənclər kitabları daha çox elektron versiyada oxuyurlar. İndiki gənclər başqa sürətlə düşünürlər.
deyə bilərik ki, MEK-in Biblioqrafik sorğular bölməsinin elektron kitabları göstərən 12 cilddən ibarət “Biblioqrafik sorğular” kitabı bu il kitabxanamızda ərsəyə gətirilərək fondlara daxil edilib”. Sonda direktor ictimaiyyətə səslənib: “Sizləri bir çox məsələlərin həllində kitabxananın imkanlarından istifadə etməyə, komanda, auditoriya cəlb edib bu aktual sayılan mövzularda müzakirələr təşkil etməyə dəvət edirəm”.

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

 MEK Təqdimat keçirdi

İnterpress.az