“Erməni ordusu Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasa…”backend

“Erməni ordusu Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan XİN nümayəndə heyəti Mauerbaxda keçirilən qeyri-rəsmi görüşdə bu barədə fikir səsləndirib. \”Rosbalt\”-ın yaydığı həmin çıxışda deyilir:

\”Erməni ordusu Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasa problem öz həllini tapmayacaq. ATƏT çərçivəsində status-kvonun qəbuledilməz olduğu barədə vahid mövqeni möhkəmləndirmək lazımdır. Ermənistanın qoşunların təmas xəttində müntəzəm olaraq təxribat törətməsini nəzərə alaraq status-kvonu dəyişdirməliyik\”.

Azərbaycan tərəfi qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə açılan atəş nəticəsində dinc sakinlərin ölümü beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır:

\”Bu bir daha sübut edir ki, Ermənistan Azərbaycanı adekvat cavablar verməyə təşviq edir və bununla da sülh danışıqlarını pozmağa çalışır\”.

Azərbaycan nümayəndə heyətinin vurğuladığı kimi Ermənistanın siyasi rəhbərliyi başa düşür ki, münaqişənin sülh yolu ilə həlli Azərbaycanın işğal olunmş torpaqlar üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnə bilər. Azərbaycan XİN qeyd edir:

\”Ermənistanın hakim rejimi başa düşür ki, münaqişənin həllindən sonra legitimlik böhranı ilə üz-üzə qalmaq qaçınılmazdır. Bu səbəbdən bu tip təxribatlara əl atır\”.

Çıxışda həm də erməni xarici işlər nazirinin Mauerbaxda dialoq imkanını əldən buraxmasından təəssüf hissi keçirildiyi bildirilir:
\”Ermənistan XİN rəhbəri Azərbaycan ünvanına əsassız ittihamlarla dolu bəyanatla çıxış edib. Bu tip çıxışlar daxili auditoriya üçün hesablanıb. ATƏT-də hamı gözəl başa düşür ki, Azərbaycan-Ermənistan münaqişəsində aqressor kimdir. Aqressiyaya məruz qalan tərəf kimdir\”.

İnterpress.az