Ərdoğan təhqir məzmunlu şeir üçün məhkəməyə müraciət edirbackend

Ərdoğan təhqir məzmunlu şeir üçün məhkəməyə müraciət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ankara-Berlin xəttində yaşanan gərginlik dayanmaq bilmir. İncirlik bazasında yaşanan böhranla bağlı və hökumət rəsmilərinin Almaniyada mitinq etməsinə icazə verilməməsiylə davam edən gərginlikdə bu gün də isti gəlişmə yaşandı.
Ötən il mart ayında televiziya proqramına çıxaraq prezident Ərdoğana istiqamətli təhqir ehtiva edərək şeir oxuyan komediyaçı Jan Boehmermann və başı bəlalı şeir bu gündə gündəmdə. Özünə istiqamətli təhqirlərin yer aldığı şeir səbəbindən Boehmermannı Almaniyada prokurorluğa şikayət edən Ərdoğanın bu tələbinə Alman orqanları razılıq vermiş və şerin bir qismini qadağan etmişdi.
Lakin Reuters xəbər agentliyi, Alman qaynaqlarına söykədiyi xəbərində Ərdoğanın Hamburg məhkəməsinə müraciət edərək qərara etiraz etdiyini və şeirin geri qalan hissələrində da dəyişikliklərin edilməsini istədiyini qarşıya qoydu. Hamburg məhkəməsinin sözçüsü bu mövzuyla əlaqədar bir şərh vermədən, Alman Der Spiegel jurnalı, Ərdoğanın şeirin son 6 sətrini də qadağan edilməsini istədiyini yazdı.

Ərdoğan təhqir məzmunlu şeir üçün məhkəməyə müraciət edir

İnterpress.az