Suraxanıdakı dəhşətli qəzanın görüntüləri – VİDEObackend

Suraxanıdakı dəhşətli qəzanın görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə aeroport yolunda qeydə alınıb. \”Range Rover\” markalı avtomobil yol arakəsmələrini təmizləyən \”Azəravtoyol\”a məxsus \”KamAZ\” markalı su maşınına çırpılıb.

Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Qəza zamanı xəsarət alan sürücü 31 yaşlı Cabir Hüseynov xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. ( arb )

İnterpress.az