Vitse-spiker ermənilərin yaraladığı Füzuli sakininə baş çəkdibackend

Vitse-spiker ermənilərin yaraladığı Füzuli sakininə baş çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, dünən isə xəstəyə insan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova baş çəkib. Həmin şəxslər Horadiz şəhər xəstəxanasında müalicə olunan yaralının vəziyyəti ilə maraqlanıblar.

N.Şükürov yaralının vəziyyətinin daim dövlət qurumlarının diqqət mərkəzində olduğunu söyləyib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

İnterpress.az