ABŞ-ın Nevada ştatında marixuana qıtlığına qarşı təcili tədbirlərbackend

ABŞ-ın Nevada ştatında marixuana qıtlığına qarşı təcili tədbirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 iyulda şəxsi itifadə üçün ştatda marixuanaya qadağa qaldırılıb. Bundan sonra ona tələbat daha da artıb.
\”Reno Gazette\” qəzetinin verdiyi məlumata görə, marixuana satan mağazaların çox olmasına baxmayaraq, məhsulun distribyutorları azdır.
Marixuananın istifadəsini leqallaşdıran qanunda onun içki distribyutorları tərəfindən satılmasına icazə verilmişdi.
Lakin ştatın vergi qurumları bildirir ki, topdan içki satanlar lazım olan qaydalara riayət edə bilməyiblər.
Vergi qurumu təcili tədbirlərə ehtiyac yarandığını elan edib. Bu vəziyyət rəsmilərə qıtlığı aradan qaldırmaq üçün xüsusi, təcili addımlara icazə verir.
\”47 dükanın çoxunda marixuana tükənib\”
Vergi nümayəndəsi Stephanie Klapstein satışların sənayenin təxminlərini üstələdiyini deyir. O, ştatdakı 47 dükanın çoxunda marixuananın tükəndiyini bildirib.
Şəxsi istifadə qanuniləşəndən sontra ilk 4 gün ərzində 3 milyon dollarlıq marixuana satılıb. Bundan bir milyon dollar vergi cəlb olunub.
Nevadadan əvvəl bir neçə ABŞ ştatında marixuananın qismən leqallaşdırılması barədə qərar çıxarılıb. Hazırda marixuananın tibbi məqsədlə istifadəsinə ABŞ-ın 25 ştatında icazə verilib. (bbc)

İnterpress.az