Prokurorluq özünü asan 18 yaşlı çempionumuzla bağlı məlumat yaydıbackend

Prokurorluq özünü asan 18 yaşlı çempionumuzla bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterpress.az\”a Bakı şəhər Prokurorluğundan bildirilib. Məlumata əsasən, R. Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkarlanmayıb. Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyənləşib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaları təyin edilib, R. Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R. Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib. Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, sağlığında R. Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Dünyamalıyev sambo üzrə Azərbaycan yığmasının üzvü olub.

İnterpress.az